İsveçdə son bir sutkada daha 40 nəfər koronavirusdan ölüb və bununla ölkədə pandemiya qurbanlarının sayı 1 580-ə çatıb.
Teleqraf.com xəbər verir ki, krallıqda daha 392 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 14 777-yə yüksəlib.
Eyni zamanda bu günədək 550 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.