Türkiyədə koronavirusdan ölənlərin sayı daha 123 nəfər artaraq 2140-a yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə yazıb. Son 24 saat ərzində daha 4674 nəfərdə isə Covid-19 aşkarlanıb. Bununla da ümumi yoluxanların sayı 90 980 olub. 454 nəfər isə sağalıb.
Beləliklə, xəstəliyə qalib gələnlərin sayı 13 430 olub.