21 Aprel 2020 10:09
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətlərin düşməsindən neft ehtiyatlarımızı artırmaq üçün istifadə edəcəyik. Milli ehtyatlarımıza 70 milyon barel neft əlavə edəcəyik. Ehtiyatlarımızı sonuna qədər dolduracağıq. Oxşayı olmayan bu çöküşdən yararlanmağa çalışacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp dünya bazarında neftin qiymətlərinin ucuzlaşması haqda danışarkən deyib.

Qeyd edək ki, ötən gün Amerikanın “Texas light” (WTI) markalı neftinin qiyməti Nyu-York birjasında 300 faiz ucuzlaşıb. “WTI” neftinin may füçersləri bu gün əvvəlcə sıfıra, daha sonra mənfi səviyyəyə düşərək tarixi antirekord vurub.

Belə bir sensasiyalı eniş çərşənbə axşamı WTI neftinin satışının son günü olacağı ilə əlaqələndirilir. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur – tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri doludur.


Müəllif: Cavad

Oxşar xəbərlər