Çin hakimiyyəti ölkənin ucqar şimalında yerləşən Xeyluntszyan əyalətinin paytaxtı Xarbin şəhərinə girişi bağlamaq qərarına gəlib.
Teleqraf.com “Röyter”ə istinadən xəbər verir ki, bu, yaşayış məntəqəsində koronavirus xəstələrinin sayının artması ilə əlaqədardır.
Məhdudiyyətlər bu şəhərə daxil olmaq istəyən hər kəsə, habelə yerli nömrəsi olmayan nəqliyyat vasitələrinə şamil olunur. Sakinlərə yalnız xüsusi kod alındıqdan sonra evdən çıxmağa icazə verilir. Kod isə COVID-19 aşkar edilməyən şəxslərə verilir. Küçələrdə hamıdan tibbi maska taxmaq tələb olunur.
Qeyd edək ki, Xarbin şəhərində 10 milyon insan yaşayır. Hazırda orada 50-dən çox şəxsdə xəstəlik aşkarlanıb. Xeyluntszyan əyaləti Rusiya ilə həmsərhəddir.