Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan-Azərbaycan dövlət sərhədinin cənub-qərb istiqamətində yerləşən hərbi mövqelərə baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir əməliyyat-taktiki vəziyyət, mühəndislik və istehkam işlərinin keyfiyyəti və nəticələri, habelə postların təchizatı ilə tanış olub.