SSRİ-nin sərhədlərini yenidən bərpa edəcəyik.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Parityasının sədri Vladimir Jirinovski deyib.
“Rusiyanın on illiyi başlayır. Çinin ABŞ-la mübarizədə nəfəsi kəsiləcək. İki nəhəng çalışacaq ki, bir-birinə qalib gəlsin”, – deyə o bildirib.
“İspaniya, Portuqaliya və İtaliya AB-dən ayrılacaq. Bundan sonra Şərqi Avropa ölkələri yeni SSRİ-nin yaradılmasını istəyəcəklər. Biz SSRİ sərhədlərini bərpa edəcəyik, amma ittifaq şəklində yox, respublika formasında bərpa edəcəyik. Bunlar vilayətlər, bölgələr olacaq. Onlar özləri xahiş edəcək. Biz heç kimi məcbur etməyəcəyik, biz gözləyəcəyik, bizim zaman çatacaq”.