Qiyamçı Haftar ordusu Liviyanın paytaxtı Tripolidə yaşayış yerlərinə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, qiyamçıların hücumu nəticəsində bir nəfər mülki şəxs həlak olub.
Liviya Milli Sülh Hökumətinin açıqlamasında Haftar ordusunun Aynzara bölgəsini hədəf aldığı bildirilib.