24 Aprel 2020 15:30
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Gürcü Arzusu Partiyasından olan deputat Rati İonatamişvili Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna baş nazirinin müavini olacağı təqdirdə, Tiflis və Kiyev arasındakı diplomatik əlaqələrə yenidən baxılmasını istəyib.

Teleqraf.com xəbər verir ki, deputat bu barədə “İmedi” telekanalına açıqlamasında bildirib.

“Əgər Mixail Saakaşvili, yəni Gürcüstanın məhkəmə sistemində ittiham edildiyi bilinən və bu gün axtarışda olan bir adam Ukrayna baş nazirinin müavini təyin edilsə, bu, Gürcüstan və Ukrayna arasındakı münasibətləri çətinləşdirəcək”, - İonatamişvili deyib.

Deputat onu da qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlərə yenidən baxılması çərçivəsində, Gürcüstanın Kiyevdəki səfirinin geri çağırılması ehtimalı nəzərdən keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər