ABŞ-ın Nyu-York əyalətində Covid-19-dan ölənlərin və xəstəliyə yoluxanların sayında azalma müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər meri Endryu Kuomo brifinqdə deyib. Onun sözlərinə görə, aprelin 25-də 367, aprelin 24-də 437, aprelin 23-də isə 422 nəfər ölüb.
Son sutka ərzində isə 1000-dək insanda virus aşkarlanıb.
“Aprelin 4-də yoluxanların sayı 1100 idi. Bu isə son 21 gün ərzində ən az yoluxma faktıdır”, - deyə Kuomo bildirib.