28 Aprel 2020 13:14
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yeni növ koronavirus COVİD-19-a qarşı “Evdə qal” kampaniyasına qarşı çıxaraq etiraz aksiyası təşkil edən qrup lideri virusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın WNCN televiziya kanalı məlumat yayıb.

Məlum olub ki, ABŞ-ın Şimali Koralina ştatında koronavirusa qarşı küçəyə çıxmaq qadağasına və iqtisadi qapanma qərarlarına qarşı xalqı küçələrə çıxaran Audrey Vitlokun testi pozitiv çıxıb.

Onun özü də sosial şəbəkədə virusa yoluxduğunu bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər