ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinə tibbi ləvazimat gətirən Türkiyə təyyarəsinin fotosunu Tvitterdə paylaşaraq minnətdarlıq ifadə edib.
Teleqraf.com-un məlumatına görə, dövlət katibi yazıb:
"Böhranlı zamanlarda NATO müttəfiqləri bir arada olmalıdır. İnfeksiyanın ən pis vurduğu bölgələrdə COVİD-19-la mübarizəmizə yardımçı olmaq məqsədi ilə tibbi vasitə və qoruyucu ləvazimatla bağlı comərd addımına görə Türkiyəyə təşəkkür edirik. Amerika xalqı dostluğunuza, tərəfdaşlığınıza və dəstəyinizə görə minnətdardır".