29 Aprel 2020 12:37
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirus səbəbindən təxirə salınan Milli Xalq Konqresinin toplantısı may ayında keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Milli Xalq Konqresi Mərkəzi Komitəsi ölkənin fərqli bölgələrindən 3 min təmsilçinin mayın 22-də Pekinə toplaşması haqda qərar qəbul edib.

Mart ayında keçirilməli olan toplantı koronavirus səbəbindən qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.

İndi Çində ali qurumun iclasının çağırılması ölkədə həyatın normal axara düşməsinin göstəricisi kimi anlaşılır.

Bu gün Çin Milli Səhiyyə Komitəsi son 24 saatda ölkədə 22 yeni yoluxma faktını qeydə aldığını bildirib. Yoluxmaların 21-i ölkə xaricindən gələnlərdə, biri isə yerli vətəndaşda təsbit edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər