Böyük Britaniyanın Baş naziri Boris Conson ata olub.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumət dəftərxanasının nümayəndəsi məlumat yayıb.
Məlumata görə, Boris Consonun oğlu dünyaya gəlib.
Qeyd edək ki, 1964-cü il təvəllüdlü Boris Consonun 3 qızı, 2 oğlu var idi. O, 24 iyul 2019-cu ildən Böyük Britaniyanın Baş naziridir.