Liviya Milli Barış Hökuməti ordusuna bağlı hava qüvvələri Terhun istiqamətində qiyamçı feldmarşal Haftarın anbarlarını vurub.
Teleqraf.com xəbər verir ki, legitim hökumət qiyamçı generalın obyektlərini vurmasını əks etdirən video görüntüləri də paylaşıb.
Qeyd edək ki, Milli Barış Hökuməti Terhun şəhərinin geri alınması üçün əməliyyata ötən həftə başlayıb. Bəzi bölgələrə nəzarət əldə edilib, yüzdən çox Haftar silahlısı əsir alınıb.
Ancaq vudeo görüntülərdən Haftara bağlı depo və hərbi avtomobillərə zərbə endirmə metodu Türkiyənin Suriyada Bəşər Əsəd qüvvələrini dəqiqliklə vurması anlarına oxşayır.
Bu isə Haftara Türkiyə istehsalı olan dronlarla zərbə endirilməsi ehtimalını gücləndirir.