İranda ötən 24 saat ərzində daha 976 nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur məlumat yayıb.
Onun sözlərinə görə, fevralın 19-dan bu günədək İranda COVID-19-a yoluxanların sayı 97 424 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 690 nəfərin vəziyyəti ağırdır.
Kiyanuş Cahanpurazirlik qeyd edib ki, ötən sutka ərzində daha 47 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 6 203 nəfərə yüksəlib.