Son bir sutka əzində Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 163 nəfər artaraq 2782-yə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzi məlumat yayıb.
“Ermənistanda koronavirusa 2782 yoluxma hadisəsi təsdiqləndi. 1135 xəstə sağalıb, 40 nəfər ölüb”, – deyə bildirilib.
O da qeyd olunub ki, hazırda 1,6 min xəstə müalicə olunur, 26,9 mindən çox test aparılıb. COVID-19-la mübarizə aparmaq üçün Ermənistanda martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət rejimi elan edilib.