6 May 2020 16:00
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya SSRİ-də pul donoru idi.

Teleqraf.com xəbər verir ki, bunu Latviyanın Ədliyyə naziri Yanis Bordans deyib.

Teleqraf.com “Sputnik Latviya”ya istinadla xəbər verir ki, nazir deyib:

“Mənim hesablamalarıma görə, Sovet İttifaqı tərkibində olarkən Baltikyanı respublikalar büdcələrinin 30-48 faizini ümumi dövlət büdcəsinə bağışlayırdılar. Latviyada bu göstərici 48 faiz təşkil edib – demək olar ki, yarısı. Ağır keçmişə baxmayaraq bu, bizim güclü olmağımıza dəlalət edir. Biz SSRİ-də pul donoru olmuşduq”.

Nəşr qeyd edir ki, 2020-ci ildə mütəxəssislər Latviya SSR-nin 1946-1960-cı illər üçün büdcə xərclərini qiymətləndirməyi planlaşdırırlar. Həmçinin, komissiya respublikada sovet dövründə varlı kəndlilərin məhv edilməsi ilə bağlı materialları ümumiləşdirəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər