Haftar ordusunun Liviyanın paytaxtı Tripolidəki Vatiyyə hərbi hava bazasına hücumu nəticəsində qiyamçı qüvvələrin 15 hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hökuməti açıqlama yayıb.
Hökumət qüvvələrinin keçirdiyi əməliyyatda Haftar ordusunun hərbi texnikalarına da böyük zərər dəyib. 7 hərbi texnikası zərərsizləşdirilib.
Açıqlamada hökumət qüvvələrinin Vətiyyənin geri alınması üçün əməliyyatlara başladığı bildirilib.
Qiyamçı Liviya Milli Ordusunun bu gün səhər saatlarında Türkiyənin Tripolidəki səfirliyinin yerləşdiyi bölgəyə raket zərbələri endirməyə başladığı açıqlanıb. Lakin qiyamçıların ağır itkilərlə geri çəkildiyi vurğulanıb.