ABŞ Suriyadan çıxmaq əvəzinə bu ölkədə yeni hərbi baza qurur.
Teleqraf.com xəbər verir ki, Pentaqon Suriyanın Deyrəz-Zor vilayətinin Əl-Ömər neft sahəsi bölgəsində baza qurmaq üçün hazırlıqlara start verib.
Baza Deyrəz-Zorun qərbində ki, Əl-Cezrat bölgəsində inşa edilir.
Məlumat üçün bildirək ki, bu region Suriyanın neftlə ən zəngin torpağı hesab olunur.