9 May 2020 22:35
17 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sovet əsgərlərinin Reystaq üzərinə Qələbə bayrağını taxmasını əks etdirən fotoları silməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, rusiyalı istifadəçilər bundan şikayətləniblər.

Məlum olub ki, görüntülər "təhlükəli insanlar və təşkilatlara münasibətdə Feysbukun normalarını pozduğuna görə" bloklanır.

"Tərtibatçılar təsdiq edirlər ki, bu normalar "real dünyada kiməsə zərər vurulmasının" qarşısını almaq üçündür. Qeyd olunur ki, istifadəçilər terrorçulara dəstək verməməli, "dözümsüzlükdən qaynaqlanan fəaliyyətlərı" yol verməbəlidirlər. Kütləvi və ya serial qətllər, insan alveri, zorakılıq və cinayət əməlləri təqdir edilə bilməz.

Ancaq sovet əsgərlərinin fotoşəkillərinin hansı səbəbdən bu normaların təsiri altına düşdüyü məlum deyil", - Rusiynın mk.ru saytı qeyd edib.


Müəllif: Nahid