Ermənistanın paytaxtı İrəvanda 62 yaşlı kişi 8 yaşlı qızı zorlamaq ittihamı ilə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Mənbə qeyd edir ki, adını açıqlamaq istəməyən bir qadın bu ilin fevral ayında ərinin 62 yaşlı dostunun qonaq gəldiyi evlərinin yataq otağında 2011-ci il təvəllüdlü qızına qarşı cinsi təcavüz etdiyini bildirib.
Hadisə İrəvanın Avan rayonunda baş verib.
Bu faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.