İqdırın bələdiyyə sədri Yaşar Akkuş həbs olunub.
Teleqraf.com xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) Siirt, Kurtalan və Baykan bələdiyyələrinə bu gün səhər saatlarında qəyyum təyin olunub. Siirt bələdiyyə sədri Berivan Helen İşıq, İqdır şəhər bələdiyyə sədri Yaşar Akkuş, Baykan və Kurtaran qəsəbələrinin bələdiyyə sədrləri həbs ediliblər.
Türkiyə Daxili İşlər Nazirliyi Siirt bələdiyə sədri Berivan Helen İşıq və daha iki nəfər HDP-li bələdiyyə sədrinin fəaliyyətinə xitam verərək, onları əvəz etmək üçün qəyyum təyin edib.
HDP-li İqdır bələdiyyə sədri Yaşar Akkuşda saxlanılıb.
Bələdiyyə sədri barəsində aparılan terror araşdırması çərçivəsində həbs edilib.