İranda ötən sutka ərzində daha 1 806 nəfərin koronavirusa (COVID- 19) yoluxması ilə indiyədək 120 198 nəfərin bu virusa yoluxduğu öz təsdiqini tapıb.
Teleqraf.com xəbər verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, virus daşıyıcılarından 2 705 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
O əlavə edib ki, ötən 24 saat ərzində daha 51 koronavirus nəticəsində ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 6 988 nəfərə çatıb.
Nazirlik rəsmisi ölkədə indiyədək 94 464 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda virusun diaqnozu ilə əlaqədar 686 mindən çox test həyata keçirilib.