15 Aprel 2014 09:53
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayrnada prezidentliyə namizəd Oleq Sarayevi döyüblər. ANS PRESS-in məlumatına görə, Sarayev ağır vəziyyətdədi. Bu barədə onun saytında məlumat verilib.

“İCTV telekanalının canlı efirindən sonra millət vəkili, Ukrayna prezidentliyinə namizədlərdən biri Oleq Sarayev binanı mühasirəyə alan aqressiv silahlı kütlənin hücumuna məruz qalıb” - deyə siyasətçinin mətbuat katibi bildirib.

“Sarayevi qəzəbli döyüşçülərin əlindən dövlət mühafizə xidmətinin əməkdaşları güclə aldılar” - deyə bəyanatda bildirilir. Hadisə zamanı siyasətçinin yanında olan deputatın köməkçisinin sözlərinə görə, Sarayev telekanalın binasını yenicə tərk etmişdi.

Məlumata görə, Sarayev təcili yardım maşınına güclə özünü çatdırıb, amma, mitinqçilər maşının hərəkətinə də mane olurdular. Bundan sonra onlar polislə Oleqi Təhlükəsizlik xidmətinə təslim etmək haqqında razılığa gəlib. Amma, Sarayevi ağ maşında naməlum istiqametdə apardılar.


Müəllif: