21 May 2020 10:12
2 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdən birində baş verən əsgər ölümünün təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Henrix Aramyanın öldürülməsində hərbçi yoldaşı şübhəli bilinərək həbs edilib.

Henrix Aramyan mayın 19-da başından aldığı güllə yarası nəticəsində həyatını itirib. Hadisə mayın 19-da saat 20:30 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində baş verib.

İstintaq Komitəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü (adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər