Tula vilayəti sakininin “Ölümsüz alay” saytında Adolf Hitlerin fotosunu yerləşdirməsi ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən nasizmin reabilitasiyası maddəsi üzrə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə idarəsinin materiallarına əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (Nasizmin reabilitasiyası) maddəsi üzrə cinayət işi açılıb”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, maddənin sanksiyası üç ilə qədər həbs cəzasını nəzərdə tutur.
İlkin məlumatlara görə, 8 may 2020-ci ildə bir qız “Ölməz alay – onlayn” aksiyasının saytında qeydiyyatdan keçib və orada Adolf Hitlerin fotosunu yerləşdirərək, onun Böyük Vətən müharibəsi və II Dünya müharibəsinin qəhrəmanı olduğunu göstərib.
Qeyd edək ki, mayın 14-də İstintaq Komitəsi Adolf Hitler və Henrix Himmlerin “Ölməz alay – onlayn” virtual yürüşündə fotolarının yerləşdirilməsi ilə də bağlı cinayət işi açmışdı.