21 May 2020 22:23
4 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son beş gündə Cənubi Sudanın şimal-şərq bölgəsində iki etnik qrup arasında silahlı qarşıdurmada aralarında tibb işçilərinin də olduğu yüzlərlə insan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı ofisi məlumat yayıb.

Açıqlamada etnik qarşıdurmalarda 3 tibb işçisinin, çox sayda mülki insanın həlak olduğu bildirilib.

Yerli media savaşın Murle və Nuer qəbilələri arasında baş verdiyi, bunun fevral ayında başlayan münaqişənin davamı olduğunu yazıb.

Ölkədə müxalif qruplaşmalar və hökumət arasında anlaşma əldə ediləsə də, müxtəlif qəbilələrin qarşıdurmaları davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər