24 May 2020 11:34
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il inqilab nəticəsində hakimiyyətdən uzaqlaşdırılan və həbsə atılan Sudanın sabiq lideri Ömər əl-Bəşirin 4 milyard dollarlıq əmlakı müsadirə olunub.

Teleqraf.com xəbər verir ki, 30 il müddətinə Sudanı idarə edən Ömər əl-Bəşirlə bağlı Sudanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti açıqlama verib.

“İlkin araşdırmaya görə, Bəşirin və ailəsinin fərqli şirkət və binalarda müəyyən olunan əmlakının dəyəri 4 milyard dollar civarındadır”, - açıqlamada bildirilib.

Ötən il hərbçilər tərəfindən devrilən Ömər əl-Bəşir milyonlarla dolları qanunsuz olaraq şəxsi hesabına keçirdiyi səbəbindən həbs edilmişdi.

O, 1989-2019-cu illərdə ölkəni idarə edib. Qeyd edilir ki, Sudanın sabiq prezidenti Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər