24 May 2020 13:07
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya prezidentinin keçirdiyi toplantının görüntüsü sızıb. Görüntüdən topantıda Prezident Bolsonarın 34 dəfə söyüş söydüyü aydın olur.

Teleqraf.com xəbər verir ki, Braziliya prezidenti bu toplantını aprel ayında keçirib. O, toplantıda ailə üzvlərinin fəaliyyətinin araşdırılmasının qarşısını almaq üçün polisin işinə müdaxilə etdiyini təsdiqləyib.

Qeyd edək ki, prezidentin aprelin 22-də keçirdiyi toplantıda 34 dəfə söyüş söydüyünü əks etdirən görüntü cümə günü Konstitusiya Məhkəməsinin qərarından sonra mətbuata sızıb.

Videoda Bolsonarın “Bu pisliklər bizim azadlığımızı sorğulayır. Bu səbəbdən insanların silahlanmasını istəyirəm” fikrini işlədir.

Videodan ailə üzvləri və dostlarına qarşı polisin araşdırma apardığını bildirən prezidentin “ailəmin və dostlarımın həyatını məhv etmələrini gözləməyəcəyəm” dediyi də ortaya çıxır.

Qeyd edək ki, Braziliyada polis dövlət başçısının 2 oğlu da daxil olmaqla 19 nəfər barəsində araşdırma aparır.


Müəllif: Cavad

Oxşar xəbərlər