26 May 2020 11:25
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına daha 289 yoluxma halı aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 7402 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, koronavirus son sutka ərzində ölkədə 4 nəfərin həyatına son qoyub.

“Ermənistanda 7402 nəfərdə koronavirusa yoluxma hadisəsi təsdiqlənib. 3220 nəfər sağalıb, 91 nəfər ölüb”, – deyə məlumatda qeyd olunur.

Nazirlikdən verilən məlumata görə, 4052 xəstə müalicə altındadır, 52 554 test keçirilib.

Qeyd edək ki, COVID-19-la mübarizə aparmaq üçün Ermənistanda 16 mart-13 iyun tarixləri arasında fövqəladə vəziyyət elan edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər