Yəməndəki qiyamçı Husi ordusu Səudiyyə Ərəbistanının Cəzan şəhərinə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi Ər-Riyad açıqlama yayıb.
Açıqlamada bombardman nəticəsində 3 mülki şəxsin yaralandığı bildirilib.
Bu, İran tərəfindən dəstəklənən Husi qüvvələrinin Səudiyyəyə ilk hücumu deyil. Qiyamçılar bundan əvvəl dəfələrlə hava məkanını pozaraq, dəfələrlə Səudiyyə ərazilərinə raket zərbələri endirib.