28 May 2020 10:20
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi (ECDC) koronavirusun yayılmasından sonra Avropa İttifaqına üzv ölkələrə məxsus sərhədlərin bağlama qərarının infeksiyanın qarşısının alınmasında çox az rol oynadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ECDC-nin hesabatında sərhədlərin bağlanmasının ciddi iqtisadi problemlər yaratdığı qeyd edilib.

Qurum Aİ ölkələrinə müraciət edərək, mövcud məlumatlara əsaslanaraq, sərhədləri bağlamağı tövsiyə etməyə mane olduğunu vurğulayıb.

Habelə səfərlərin virusun yayılmasına təkan verdiyinin qeyd olunduğu hesabatda eyni zamanda, sərnişinlərin əvvəlcədən test edilməsi, ya da çatdıqları ünvanda qızdırmalarının ölçülməsinin təsirli üsul olmadığı bildirilib.

Sənəddə “immunitet sertifikatlarının” nə qədər təsirli olduğunun bilinmədiyi, elmi araşdırmaların COVID-19-dan sağalanların yenidən immunitet qazanıb-qazanmadığını dəqiq şəkildə ortaya qoymadığına diqqət çəkilib.

ECDC karantin və fərdi izolyasiya tədbirlərinin ölkələrinin öz epidemioloji vəziyyətinə görə qərar verməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər