29 May 2020 11:27
3 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Türkiyənin ictimai-siyasi dairələrinin nümayəndələrini XX əsrin çətin tarixi hadisələrinə obyektiv baxmağa, həmçinin onlardan fürsətçi maraqlara nail olmaq üçün istifadə etməməyə çağırır”.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Türkiyədə Krım tatarlarının zorla köçürülməsinin 76-cı ildönümü münasibətilə keçirilən tədbirlər barədə verdiyi açıqlamada belə deyilib.

Qondarma erməni soyqırımını ilk tanıyan dövlətlərdən olan Rusiyanın rəsmi qurumu Türkiyənin bəzi səlahiyyətli nümayəndələrini qərəzli olmaqda ittiham edib:

“Prinsipcə, kədərli tarixlərin siyasi maraqlara xidmət etmədiyini, ortaq tarixi yaddaş və taleyi əsasında yaxınlaşmağa yardım göstərdiyini müdafiə edirik”.

Nazirlik bəzi Türkiyə rəsmilərinin ittihamlara qoşulmasından narahatlığını ifadə edib və qeyd edib ki, onlar xüsusən də Krımdakı Stalin repressiyaları ilə müasir Rusiya siyasəti arasında paralellik aparırlar:

“Aydındır ki, bu cür davranış, Rusiya və Türkiyə prezidentlərinin əsasını qoyduğu Rusiya-Türkiyə dostluq münasibətlərinin ruhuna zidddir, bu, müvafiq ikitərəfli sənədlərdə qeyd olunan çoxşaxəli tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yönündə yaranan problemlərin həllinə kömək etmir. Rəsmi Ankaranın Rusiya əleyhinə gizli kampaniyası öz tarixinə yanaşmasına uyğun gəlmir”.

1941-1944-cü illərdə Krım yarımadasının ərazisindən 200 mindən çox Krım tatarı, eləcə də alman, yunan, bolqar və italyanlar zorla köçürülüb. 1989-cu ildə SSRİ Ali Soveti məcburi köçürülməyə məruz qalan xalqlara qarşı repressiv hərəkətləri “qanunsuz” və “cinayət” elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər