Ölkələrindəki daxili qarışıqlıqdan qaçaraq Türkiyəyə sığınan və bayramı Suriyada qeyd etmək istəyən 250 min suriyalı Türkiyə sərhədində problemlə qarşılaşıb.
Teleqraf.com gazetevatan.com-a istinadən xəbər verir ki, vətəndaşlara sərhəddən keçməyə icazə verilməyib. Etdikləri müraciətə müsbət cavab almalarına baxmayaraq, suriyalı vətəndaşlar Türkiyə sərhədindən keçə bilməyiblər. Rəsmilər buna səbəb kimi, Müqəddəs Qurban bayramına görə gömrük işçilərinə verilən tətil göstərilib.
Bu vəziyyətə qarşı çıxan suriyalılar bu dəfə toplu halda sərhədə gedərək gözləməyə başlayıb. Bundan dərhal sonra xoşagəlməz halın baş verməməsi üçün bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Samir