31 May 2020 10:09
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasətçi Məhərrəm İncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə canlı yayımı tərk etməsi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, CHP-li siyasətçi qatıldığı proqramda baş verənlərin doğru olmadığını bildirib.

“Mənə qarşı olan davranış buna bənzəyir: səni axşam qonaq çağırıram, sonra səni də qoyub qonşuya gedirəm. Məni dəvət edirsən, məni gözlədib Ərdoğana söz verə bilməzsən”, - İncə deyib.

Siyasətçi çıxışı kəsilən və ya gözlədilən qonaqları canlı yayımı tərk etməyə çağırıb.

Müsahibə üçün “Haber Global” kanalına dəvət edilən siyasətçi Məhərrəm İncə çıxışı vaxtı yayımın Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulun fəthinin ildönümü ilə əlaqədar nitqinə bağlanılmasına sərt təpki göstərib. İncə yayımın kəsilməsindən sonra proqramı yarımçıq tərk edib.

Siyasətçi telekanalları Türkiyə Prezidentindən qorxmaqda ittiham edib və studiyadan çıxarkən, bu sözləri deyib: “Məni bir daha belə proqramlara çağırmayın. İndi bütün kanallar Ərdoğanı göstərəcək. Qorxmayın bu qədər Ərdoğandan”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər