ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etirazla başlayan kütləvi aksiyaların ölkə miqyasında yayılması ilə ştatlara əlavə hərbi qüvvələr göndərilib.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp etirazların səngiməyəcəyi halda Minneapolisə ordu yeridiləcəyini açıqlamışdı.
Trampın açıqlamasından bir neçə saat sonra ordu birlikləri Corc Floyd etirazlarının başladığı Minneapolisə girib.
Ölkənin ən az 8 ştatında hərbi qüvvələrin sayı artırılıb, 16 ştatın 25 şəhərində isə komendant saatı tətbiq edilib.
Uzun müddətdən sonra Minnesota Milli Gözətçiləri aktivləşdirilib. İkinci Dünya Müharibəsindən onlar sonra ilk dəfə Minneapolis və St. Paulda vəziyyətin gərginləşməsi ilə hərəkətə keçiblər.
Ağ Evin qarşısında başlayıb gecə saatlarına qədər davam edən mitinqlərdə polislə etirazçılar arasında qarşıdurma baş verib. Milli Gözətçilərə nümayişlərə müdaxilə əmri verilib. Qarşıdurmanın baş verdiyi vaxt Ağ Evin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Etirazçılar ətrafda olan zibil qutularını yandırıb, polis nümayişlərə gözyaşardıcı qazla müdaxilə edib. Bir neçə etirazçının yaralndığı bildirilib.