1 İyun 2020 00:11
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə koronavirusdan daha 25 nəfər vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 540 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutka ərzində 989 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 127 973 nəfərə çatıb.


Müəllif: Teleqraf.com