Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha üç nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Beləliklə, işğal bölgəsində koronavirus infeksiyasına yoluxanların sayı 43-ə çatıb.
Qarabağda elan edilmiş fövqəladə vəziyyət rejimi iyunun 11-də başa çatacaq.