ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində baş verən iğtişaşlar zamanı dörd polis əməkdaşı odlu silahdan açılan atəş zamanı xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Stl Today” portalı polisə istinadla məlumat yayıb.
Qeyd olunur ki, şəhərin mərkəzində iğtişaşlar səbəbindən polis gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib. Bir neçə dəqiqədən sonra eyni rayonda atışma başlayıb.
Yaralı polislər anlaqlı vəziyyətdədirlər. Onların aldıqları xəsarətlərin həyati təhlükəsi olmadığı iddia edilib.
Bundan əvvəl Nyu-York ştatının Buffalo şəhərində avtomobil bir qrup polisin üzərinə sürülüb. Nəticədə iki nəfər xəsarət alıb.