Son 24 saat ərzində Rusiyadan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn daha üç nəfərdə koronavirus infeksiyası aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Beləliklə, işğal bölgəsində təsdiqlənmiş koronavirus xəstələrinin sayı 57-ə çatıb.
Əlavə edək ki, analoji hal dünən də baş vermişdi. Rusiyadan Qarabağa gəldiyi deyilən 3 nəfərdə virus aşkarlanmışdı.