4 İyun 2020 12:47
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonun Baş nazir təyin edilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb. “Belarus Prezidenti Aleksandr Lukaşenko bu günə qədər Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsini icra edən Roman Qolovçenkonu Baş nazir təyin edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, A.Lukaşenko iyunun 3-də Sergey Rumasın rəhbərlik etdiyi hökumətin istefası barədə fərman imzalamışdı. Belarus Prezidenti, həmçinin, hökumətin tərkibində dəyişiklik edilməsi səbəbindən ölkədə inqilab olmayacağını bildirmişdi.


Müəllif: Səxavət Həmid