5 İyun 2020 00:49
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq aksiyalar davam edir.

Teleqraf.com xəbər verir ki, ötən gün Nyu Yorkda keçirilən aksiyaya müsəlmanlar da qoşulub. Onlar aksiyada namaz qılıblar. Aksiyada iştirak edən digər şəxslər müsəlmanları dövrəyə alaraq polisin gözlənilən müdaxiləsindən qorumağa çalışıblar.

Xatırladaq ki, afroamerikalı Corc Floyd 20 dollar dəyərində saxta çekdən istifadə etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra polis zabitlərindən biri Floydun boynunu asfalta doğru sıxıb. Saxlanılan şəxsin nəfəs ala bilmədiyini deyərək onu buraxması üçün yalvarmasına baxmayaraq polis zabiti onu bu vəziyyətdə altı dəqiqəyə yaxın saxlayıb. Bir müddət sonra Floyd huşunu itirib. Onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar, lakin həyatını xilas edə bilməyiblər.

Bu qətl ölkə daxilində iğtişaşlar dalğasına səbəb olub.


Müəllif: Teleqraf.com