Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı etdiyi testlərin müsbət çıxdığı daha 55 xəstə vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 55 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda koronavirusdan 2 919 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada yoluxanların ümumi sayı 6 663 304, ölənlərin isə 392 802 nəfərə çatıb.