Çin gələcəkdə super güc olacaq. Bu ölkə Almaniyanın ən böyük ticarət partniyorudur. Pekinlə dialoq yalnız iqtisadi və ticarət mövzularla məhdudlaşdırıla bilməz. Öz dəyərlərimizi qorumaq üçün vahid Avropa strategiyasına ehtiyacımız var.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Hayko Maas bəyan edib.
Nazirin fikrincə, pandemiya ilə mübarizənin ilk həftələrində bir çox ölkələr xətalara yol verib: “Əlbəttə, virusun kökünü qazımaq üçün tam şəffaflığa ehtiyac var. Əminəm ki, bu araşdırma Çinin maraqlarına uyğun olacaq”.
Sentyabr ayında keçirilməsi planlaşdırılan Avropa Birliyi-Çin zirvə görüşünün təxirə salınmasının yalnız pandemiya ilə əlaqəli olduğunu bildirən Almaniyanın baş diplomatı ümid edib ki, ilin sonuna qədər görüş baş tutacaq.