22 mindən çox çinlinin yaşadığı Zambiyada 3 Çin vətəndaşı vəhşicəsinə döyülüb, daha sonra yandırılıb.
Teleqraf.com xəbər verir ki, paytaxt Lusakadakı tekstil fabrikinə daxil olan 3 nəfər 17 dəqiqə boyunca içəridə olan 3 nəfəri vəhşicəsinə döyüb.
İki kişi, bir qadını vəhşicəsinə döyüb öldürən zambiyalı hücumçular cəsədləri anbara aparıblar. Əvvəl cəsədləri parçalayan vəhşilər daha sonra onları yandırıblar. Hücumçular anbarda olan malları da oğurlayıblar.
Son dövrlər Zambiyada çinlilərlə münasibət pisləşib. Zambiyanın Pekindəki səfiri Vinnie Cibesakunda bəyan edib ki, ölkəsi çinliləri qoruyacaq. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian isə deyib ki, iki ölkə arasında əməkdaşlıq davam edəcək.