4 Oktyabr 2014 14:47
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailan Kralı Bhumibol Adulyadej yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Kral Sarayının Bürosundan bildirilib.

Məlumata görə, 86 yaşlı monarx cümə günü axşam Banqkokdakı Serirac hospitalına yerləşdirilib. Kralın şəxsi həkimi bildirib ki, Bhumibol Adulyadejin temperaturu 38,2 dərəcəyə qalxıb və arterial təzyiqinin yüksəlməsi müşahidə olunub.

Monarxa qan infeksiyası diaqnozu qoyulub.

Şənbə günü tibb işçiləri temperaturun və təzyiqin aşağı salınmasına nail olublar. Kralın vəziyyəti yaxşılaşıb.

Tailand Kralı dünyada ən çox hakimiyyətdə olan monarxdır. O, 1946-cı ildə taxta çıxıb.


Müəllif:

Oxşar xəbərlər