5 Oktyabr 2014 11:49
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Cozef Bayden Harvard universitetindəki nitqinə görə Ərdoğandan üzr istəyib.

Ağ evin bildirdiyinə görə, Bayden bundan bir gün əvvəl Türkiyə prezidenti haqqında dediyinə aydınlıq gətirmək üçün Ərdoğana zəng edib.

Vitse-prezident Türkiyə hökumətinin ünvanına və ya regionun digər ölkələrinin hakimiyyətinə, guya onlar tərəfindən"İslam dövləti"nə dəstək verdikləri üçün ittiham kimi qəbul edilə bilən ifadələrə görə üzr istəyib.

Məlumatda deyilib: "İki lider Türkiyə və ABŞ-ın İD-ə qarşı mübarizədə əməkdaşlığın vacibliyini təsdiqləyiblər"./trend/


Müəllif:

Oxşar xəbərlər