11 İyun 2020 20:38
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda dörd ildən çoxdur həbsdə saxlanılan kürd siyasi məhbus Hidayət Abdullapur gizli edam edilib.

Teleqraf.com xəbər verir ki, siyasi məhbusun valideynləri iyunun 10-da Urmiyada hökmlərin icrası ilə bağlı quruma müraciət etsələr də, onlara övladlarının 20 gün əvvəl edam edildiyi bildirilib.

Siyasi məhbusun valideynlərinin və vəkilinin xəbəri olmadan 20 gün əvvəl gizli şəkildə edam olunmasına baxmayaraq, onun meyidi ailəsinə təhvil verilmədən naməlum bir yerdə basdırılıb. Onun harada dəfn edilməsi barədə valideynlərinə hər hansı bir məlumat da verilməyib.

Hidayət Abdullapur 2016-cı ilin iyun ayında Güney Azərbaycanın Üşnəviyyə şəhərinin Qarasaqqal kəndində kürd silahlı qruplaşması ilə iranlı hərbçilər arasında silahlı qarşıdurma zamanı həbs edilmişdi.

Bildirilir ki, həmin hadisə ilə bağlı qruplaşmanın 6 üzvü tutularaq, 10 ildən 25 ilə qədər həbsə məhkum edilsə də, İran İnqilab məhkəməsi Hidayət Abdullapuru “Allaha qarşı müharibə” ittihamı ilə edama məhkum etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər