Türkiyədə gün ərzində daha 17 nəfər koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazirin sözlərinə görə, Türkiyədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 4 min 763 nəfərə çatıb.
Hazırda qardaş ölkədə 174 023 nəfər koronaviruslu xəstə var.