12 İyun 2020 10:10
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya rejiminin lideri Bəşər Əsəd Baş nazir İmad Hamisini istefaya göndərdikdən sonra yerinə yeni şəxs təyin edib.

Teleqraf.com xatırladır ki, Hamisi 2016-cı ildən Baş nazir postunu tuturdu.

Hamisinin yerinə isə Suriya rejiminin Su naziri Hüseyn Arnus gətirilib. Yeni parlament seçilənə qədər hökumət fəaliyyətini davam etdirəcək.

Əlavə edək ki, parlament seçkiləri COVİD-19 səbəbindən avqustun 19-nadək təxirə salınıb.

Diqqət çəkən məqam isə yeni Baş nazir Hüseyn Arnusun əslən İdlibdən olmasıdır. Bəzi analitiklər bu təyinatın təsadüfi olmadığını, bununla Bəşər Əsədin İdliblə bağlı yeni planını ortaya qoymuş olduğunu deyirlər.

67 yaşlı Arnusun təyinatı İdlibi Əsəd nəzarətinə qaytarmaq üçün düşünülmüş addım sayılır.


Müəllif: Cavad

Oxşar xəbərlər